Azərbaycanda seçicilər ruh yüksəkliyi nümayiş etdirirlər - Amerikalı müşahidəçi 

17:09 09.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda keçirilən parlament seçkilərində seçicilər ruh yüksəkliyi nümayiş etdirirlər.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Los-Anceles şəhərindən olan müşahidəçi Mitç Silberman deyib.

Müşahidəçi bildirib ki, Azərbaycanın modernləşdirilməsinə kömək edəcək yeni və enerjili parlament üzvlərinin seçilməsi prosesində böyük ruh yüksəkliyi müşahidə olunur: “Biz vətəndaşların öz ölkələrinin işıqlı gələcəyinə səs vermələrini müşahidə etməkdən məmnunuq”.